Bank Of Baku

ABŞ konqresmenlərinə Üsamə bin Ladenin meyitinin fotolarını göstəriblər

ABŞ konqresmenlərinə Üsamə bin Ladenin meyitinin fotolarını göstəriblər
# 12 may 2011 11:57 (UTC +04:00)
Bakı-APA. ABŞ xüsusi xidmət orqanları Konqresin ayrı-ayrı üzvləri üçün “Əl-Qaidə” lideri Üsamə bin Ladenini meyitinin 15-dək fotosunu nümayiş etdiriblər. APA-nın məlumatına görə, bin Ladenin meyitinin fotolarını görənlər arasında Oklahomadan olan respublikaçı senator Ceyms İnxouf da var. O meyitin bin Ladenə məxsus olduğunun şübhə doğurmadığını deyib. Senatorun sözlərinə görə, güllələrdən biri “Əl-Qaidə” liderinin qulağından girərək gözündən çıxıb və bu səbəbdən fotolarda meyit çox eybəcər görünür.

İnxouf bəzi fotoların bin Ladenin meyitinin dənizdə dəfn olunmasına hazırlıqdan sonra çəkildiyini də deyib: Bu şəkillərdə “Əl-Qaidə” liderinin sifəti qandan təmizlənib və “bir nömrəli terrorçu”nun şəxsiyyətini müəyyənləşdirmək o qədər də çətin deyil: “Buna zərrə qədər şübhə ola bilməz. Mən fotoları gördüm, bu o idi. O artıq yoxdur, o tarixə gömülüb”.

Fotolarla tanış olmaq üçün Ceyms İnxoufdan başqa senator-demokrat Bill Nelson, Senat və Nümayəndələr Palatasının təhlükəsizlik komitələrinin üzvləri də Mərkəzi Kəşfiyyat İdarəsinə dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR