Bank Of Baku

Bin Ladenin terror doktrinası barədə qeyd kitabçası aşkar edilib

Bin Ladenin terror doktrinası barədə qeyd kitabçası aşkar edilib
# 13 may 2011 03:16 (UTC +04:00)
Bakı-APA. ABŞ hökumət nümayəndələri bildiriblər ki, Üsama bin Ladenin qeyd kitabçasında potensial terror hücumları barədə informasiyalar var və bu məlumatlar Əl-Qaidə liderinin digər terrorçularla təmas qurduğunu göstərir.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, adını açıqlanmasını istəməyən rəsmilər bildirib ki, qeyd kitabçasında terror şəbəkəsinin doktrinası, potensial hədəflər və bu hədəflərə qarşı hücumların necə keçirilməsinin detallarını yazıb. Orada ABŞ-ın dəmiryol sisteminə hücumlar əks olunub və Birləşmiş Ştatlara hücumların vacibliyi vurğulanıb.

Bununla yanaşı, Əl-Qaidənın Ərəbistan yarımadasındakı lideri bin Ladenin öldürülməsinin qisası olaraq ABŞ-a hücumlar barədə xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR