Bank Of Baku

Corc Buş bin Ladenin ölüm xəbərini kimdən aldığını açıqlayıb

Corc Buş bin Ladenin ölüm xəbərini kimdən aldığını açıqlayıb
# 14 may 2011 10:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, C.Buş ABC telekanalına müsahibəsində bu xəbəri ona ABŞ prezidenti Barak Obamanın çatdırdığını bildirib.

“Restoranda həyat yoldaşım Lora və iki dostumla nahar edirdim. Bu zaman mənə dedilər ki, Ağ Evdən zəng var. Mən üzr istəyib evə getdim. Telefondan Obamanın səsi gəldi: “Üsamə bin Laden öldürülüb”. Mən də cavab verdim ki, yaxşı xəbərdir” - deyə sabiq prezident xatırlayıb.

C.Buş aldığı xəbərdən həyəcanlanmadığını vurğulayıb: “Çünki bin Ladenin məhv edilməsi əməliyyatı nifrət hissindən doğmayıb, ədalətin naminə həyata keçirilib. Oğlan öldürülüb və bu yaxşıdır. Bu, onun lideri olduğu terrorizm üzərində əsl qələbədir. Burada xüsusi xidmət orqanlarının ləyaqətli işi də qeyd olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR