Bank Of Baku

ABŞ prezidenti İordaniya kralı ilə görüşüb

ABŞ prezidenti İordaniya kralı ilə görüşüb
# 18 may 2011 04:26 (UTC +04:00)
Bakı-APA. Ağ Evdə İordaniya kralı Abdulla ilə görüşən ABŞ prezidenti Barak Obama ərəb dünyasındakı vəziyyəti və İsrail-Fələstin sülh prosesini müzakirə edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, görüşdən sonrakı çıxışı zamanı prezident Obama deyib ki, Yaxın Şərqdə baş verən dəyişikliklər İsrail-Fələstin sülh danışıqlarının bərpa edilməsinin zəruriliyini göstərir. Obama hər iki tərəfin, həm israillilərin, həm də fələstinlilərin münaqişənin həlli yolunda bir araya gəlməli olduqlarını deyib. Kral Abdulla Birləşmiş Ştatların vasitəçiliyi ilə Yaxın Şərq sülh danışıqlarında aparıcı rol oynayır.

Vaşinqtonda keçirilən görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq barədə də müzakirələr aparılıb. Kralın Vaşinqton səfəri prezident Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən üç gün əvvələ təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR