Bank Of Baku

ABŞ Suriya prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib

ABŞ Suriya prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib
# 19 may 2011 02:44 (UTC +04:00)
Bakı-APA. ABŞ Suriya prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

«ABŞ administrasiyasının qəbul etdiyi qərarlar prezident Əsədə, Suriya rəhbərliyinə və rejimin tərəfdarlarına birmənalı olaraq izah edir ki, onlar Suriyada baş verən zorakılıq və repressiyalara görə məsuliyyət daşıyacaqlar», deyə ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Kouenin bəyanatında deyilir.

Onun sözlərinə görə, prezident Əsəd dərhal zorakılığa son qoyaraq əhəmiyyətli demokratik islahatlar yoluna qədəm qoymalıdır.

Sanksiya siyahısına Əsəddən başqa Suriya rəhbərliyinin 6 üzvü də daxil edilib. ABŞ maliyyə nazirliyi Suriya məmurlarına aid aktivləri donduracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR