Bank Of Baku

Argentinada baş verən yanğında ata və səkkiz övladı diri-diri yanıblar

Argentinada baş verən yanğında ata və səkkiz övladı diri-diri yanıblar
# 20 may 2011 07:19 (UTC +04:00)
Bakı-APA. Argentina paytaxtından 24 kilometr cənubda yerləşən Qernika şəhərində baş verən yanğında ata və yeddi uşaq diri-diri yanıblar. APA-nın məlumatına görə, karton örtüklü evdə yanğın məişət qaz balonunun partlaması nəticəsində baş verib. 48 yaşlı paraqvaylı Rafael Santa-Kruz və 6-15 yaşlı yeddi oğlu yanğında həlak olublar. Ailənin üç aylıq körpə qızı isə xəstəxanada keçinib. Ailə üzvlərindən yalnız ana sağ qalıb, həkimlər ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etməyə çalışırlar. İlkin versiyaya görə, daxma qəsdən yandırılıb, evin ətrafında benzin izlərinin aşkarlanması bu versiyanı təsdiqləyir. Yanğını törətməkdə şübhəli bilinən qonşu saxlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR