Bank Of Baku

Barak Obama İsraili 1967-ci ilə qədər mövcud olmuş sərhədlərə geri çəkilməyə çağırıb

Barak Obama İsraili 1967-ci ilə qədər mövcud olmuş sərhədlərə geri çəkilməyə çağırıb
# 20 may 2011 08:54 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama mayın 19-da Yaxın Şərqdəki vəziyyətə dair çıxışında İsraili 1967-ci ildə mövcud olmuş sərhədlərə geri çəkilməyə çağırıb. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, B. Obama ABŞ prezidentləri arasında ilk dəfə olaraq bəyan edib ki, 1967-ci ilə qədər mövcud olmuş sərhədlərdə Fələstin dövləti qurulmalıdır: “Amerika əmindir ki, danışıqlar nəticəsində iki dövlət yaranmalı və Fələstinin İsrail, Misir və İordaniya ilə daimi sərhədləri müəyyənləşməlidir. İsrail və Fələstin arasında sərhəd xətti qarşılıqlı razılaşdırılmış ərazi mübadiləsi ilə 1967-ci ildə mövcud olmuş xətlər əsasında müəyyənləşməlidir ki, hər iki tərəfin tanıyacağı təhlükəsiz sərhədlər olsun”.

İsrailin baş naziri Benyamin Netahyahu B. Obamanın çıxışından dərhal sonra ABŞ prezidentinin təklifini rədd edib. O bildirib ki, 1967-ci ilə qədər mövcud olmuş sərhədlərə qayıtmaq İsraili özünümüdafiə imkanından məhrum edər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR