Bank Of Baku

Dominik Stross-Kan girov müqabilində həbsxanadan azad edilib

Dominik Stross-Kan girov müqabilində həbsxanadan azad edilib
# 20 may 2011 23:57 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru Dominik Stross-Kan 1 milyon dollarlıq girovun müqabilində həbsxanadan azad edilib. Bu barədə Nyu-York məhkəməsi qərar qəbul edib.

Məhkəməni gözləyərkən BVF-nun keçmiş rəhbəri Manhettenin cənubundakı evlərdən birinin mənzilində yaşayacaq.

Stross-Kan 24 saat videokameraların nəzarətində olacaq, onun ayağına isə bütün yerdəyişmələrini izləyən xüsusi bilərzik taxılacaq. Üstəlik Stross-Kanın yanında silahlı mühafizəçi olacaq.

Ev dustaqlığına görə bütün xərcləri BVF-nun keçmiş rəhbəri ödəyəcək. Bəzi məlumatlara görə, bu xərclər ayda 200 min dolları keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR