Vaşinqtonda Azərbaycanın İKT sektorunda biznes imkanları müzakirə olunub
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən forumda ABŞ-ın bu sahə üzrə aparıcı şirkətlərinin başçıları, Birləşmiş Ştatların iqtisadi nazirliklərinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və Dövlət Departamentinin rəsmiləri, eləcə də yerli media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın İKT sahəsində son nailiyyətlər və ABŞ-ın şirkətləri üçün respublikamızda geniş biznes və tərəfdaşlıq imkanları barədə ölkəmizin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vervir, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin sektor müdiri Aleksey Tixomirov və “Orbital Sciences” şirkətinin vitse-prezidenti Con Skot çıxış ediblər.
Forumu giriş sözü ilə açan Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beyker bildirib ki, Azərbaycanın İKT sahəsi son illər ərzində sürətlə inkişaf etmişdir. Təkcə 2010-cu ildə bu sahədə Azərbaycanda 32,1 faiz artım müşahidə olunub. İKT sahəsi Azərbaycan iqtisadiyyatının digər sahələrini geridə qoyub. Azərbaycanda 9 milyonluq əhalinin 7 milyonu mobil telefon istifadəçisidir. İnternetdən istifadə də ölkədə geniş yayılıb. C.Beyker vurğulayıb ki, bunlardan əlavə Azərbaycan hökumətinin 2012-ci ilədək öz peykini istifadəyə verməsi İKT sahəsində imkanların sərhədsiz olduğunu sübut edir. İKT yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının ən böyük sahəsi kimi neft-qaz sənayesini də geridə qoymaq iddiasındadır.
Azərbaycan hökumətinin informasiya və kommunikasiya texnologiyalarına böyük əhəmiyyət verdiyini qeyd edən Əli Abbasov deyib ki, ölkəmizdə İKT sahəsinin sürətlə inkişafı burada aparılan davamlı islahatlar və özəlləşdirmə, normativ qanunların təkmilləşdirilməsi, bazarın liberallaşması ilə bağlıdır. Hökumət tərəfindən xüsusi investisiya fondu qurularaq yerli şirkətlərə xarici tərəfdaşlarla iş birliyinə daxil olmaq imkanları yaradılır.
Ə.Abbasov bildirmişdir ki, hazırda ABŞ-ın bir sıra nüfuzlu şirkətləri, o cümlədən CİSCO, İNTEL, HP Azərbaycanda fəaliyyət göstərir. Lakin Azərbaycan tərəfi İKT sahəsində iş birliyində ABŞ-ın iş adamlarının daha çox iştirakını görmək istərdi. Ölkəmizin “Transavrasiya Super İnformasiya Magistralı” tipli layihələrdə aparıcı rolu xarici sərmayəçilərə regional bazarda geniş imkanlar açır.
F.Vervir isə azərbaycanlı nazirin ABŞ-ın iş adamlarına təqdim etdiyi imkanlardan məmnunluğunu və bunlardan istifadə olunacağına əminliyini bildirib. Diplomat Dövlət Departamentinin qloballaşan dünyada ölkələr arasında daha sıx iqtisadi əlaqələri dəstəklədiyini, azad beynəlxalq ticarət və birbaşa sərmayələrin tərəfdarı olduğunu vurğulayıb. F.Vervir deyib ki, internet idarəetməsi işi üzrə növbəti Beynəlxalq Forumunun 2012-ci ildə Bakıda keçirilməsi Azərbaycanı İKT sahəsini geniş tanıtmaq üçün daha yaxşı imkanlar yaradacaq.
Səfir Y.Əliyev forum iştirakçılarına ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin cəmləşdiyi əsas sahələr - nəqliyyat, kənd təsərrüfatı, İKT–də birgə layihələr haqqında ətraflı məlumat verib. Diplomat diqqətə çatdırıb ki, Azərbaycanın ABŞ-dakı layihələrdə iştirakı maliyyə böhranı təsiri altında olan Birləşmiş Ştatların iqtisadiyyatında yeni iş yerləri yaradır. Belə ki, Azərbaycan peykinin qurulması haqqında ABŞ-ın “Orbital Sciences” şirkəti ilə razılıq Virciniya ştatında 1200 iş yerinin yaradılmasına səbəb olmub. ABŞ-ın “Boinq” şirkətinin “Azərbaycan Hava Yolları” QSC-yə göstərdiyi təyyarə xidmətləri isə 11 mindən çox iş yeri yaradıb. Y.Əliyev Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da 3 milyon dollar məbləğində yatırım etməsini də diqqətə çatdırılıb.
ABŞ-ın iş adamlarına Azərbaycandakı biznes imkanlarından bəhrələnməyi tövsiyə edən A.Tixomirov bildirib ki, BMT-nin sorğularına əsasən, Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Buna səbəb Azərbaycan rəhbərliyinin irəli sürdüyü iddialı və aydın iqtisadi strategiya, daxili sektorlararası səmərəli əməkdaşlıq, xüsusilə də İKT sahəsində proqramların həyata keçirilməsi, qonşu dövlətlərlə faydalı tərəfdaşlığın yaradılmasıdır. Azərbaycan Dövlət Neft Fondunun şəffaf idarəetməyə görə BMT tərəfindən mükafatlandırıldığını xatırladan A.Tixomirov ölkəmizdə hökumətin şəffaflığın artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
C.Skot Azərbaycan peykini quracaq heyətin adından azərbaycanlı həmkarlarına minnətdarlığını bildirib. Vitse-prezident vurğulayib ki, bu məsələ ilə bağlı danışıqlar və birgə əməkdaşlıq zamanı Azərbaycan tərəfi yüksək peşəkarlıq nümayiş etdirib. C.Skot onun şirkətinə verilən imkana görə minnətdarlığını bildirib, amerikalı həmkarlarını Azərbaycana yatırımlar etmək barədə düşünməyi tövsiyə edib.
Sonra forum iştirakçılarının sualları cavablandırıb.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Vaşinqtondakı iqtisadi forumda iştirak etməklə yanaşı bir sıra görüşlər də keçirib. Nazir ABŞ-ın Dövlət Departamenti, EXİM Bank, Beynəlxalq Telekommunikasiya Peykləri Təşkilatı və bir sıra agentliklərin yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparıb, Azərbaycan peykini quraşdıracaq “Orbital Sciences” Korporasiyasının işi ilə tanış olub.
Nazirin işgüzar səfər proqramı Kaliforniyada davam etdiriləcək.
Amerika
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
Xəbər Lenti
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir