Bank Of Baku

Barak Obama Amerika məktəblərində islahatlara çağırıb

Barak Obama Amerika məktəblərində islahatlara çağırıb
# 22 may 2011 01:46 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama tədris və təhsil sahələrinin inkişafı üçün Amerika məktəblərində islahatlara çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, həftəlik radio müraciəti zamanı ABŞ prezidenti deyib ki, islahatlar təklifi müəllimlər və valideynlər tərəfindən irəli sürülməlidir. Barak Obama deyib ki, islahatlar öhdəliyinə əməl edənlər “Yuxarılar uğrunda yarış” adlanan proqramı qazana bilər. Bu proqram tədris sahəsinin maliyyələşdirilməsini nəzərdə tutur. ABŞ dövlət başçısı Konqresə müraciət edərək, daha əvvəlki “Heç bir uşaq arxada qalmayıb” proqramının yeniləşdirilməsinə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR