Bank Of Baku

Meksikada cinayətkar qruplaşmalar arasında baş verən atışmada 28 nəfər öldürülüb

Meksikada cinayətkar qruplaşmalar arasında baş verən atışmada 28 nəfər öldürülüb
# 26 may 2011 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları ölənlərin hamısının bir-biri ilə münaqişə apran cinayətkar qruplaşmalarını üzvləri olduğunu açıqlayıb. Nayarit ştatının baş prokuroru atışmanın səhər saatlarında Ruis şəhəri yaxınlığında baş verdiyini bildirib. Hadisə yerinə gələn polis 28 meyitlə yanaşı 4 yaralı aşkarlayıb. Bundan başqa hadisə baş verən yolda güllə ilə deşik-deşik edilmiş on avtomobil müəyyənləşib. Atışma davam edən ərəfədə yaxınlıqda yaşayan 700-dək sakin evlərini tərk edərək kilsədə, sağlamlıq mərkəzində və orta məktəbdə gizləniblər.

Daxili Miqrasiyanın Monitorinqi Mərkəzi zorakılıq hallarının artması ilə əlaqədar son illər 230 min insanın evini tərk etdiyini bildirir. Qonşu Kolumbiyada narkotik ticarətçiləri arasında qarşıdurmanın qurbanı olmamaq üçün son illər 5 milyona yaxın insan evini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR