Bank Of Baku

ABŞ Gürcüstandan müxalifətin mitinqində insanların həlak olması faktını araşdırmağı tələb edib

ABŞ Gürcüstandan müxalifətin mitinqində insanların həlak olması faktını  araşdırmağı tələb edib
# 28 may 2011 04:56 (UTC +04:00)
Bakı-APA. Gürcüstan hakimiyyəti Tiflisdə keçirilmiş mitinqlərdə bş verən insidentləri araşdırmalı və indidən belə vətəndaşların öz fikrini dinc yolla ifadə etmək azadlığı hüququna hörmət etməlidir. ABŞ dövlət departamentinin nümayəndəsi Mark Toner bu fikirdədir.

Mayın 26-na keçən gecə gürcü xüsusi təyinatlıları Tiflisdə «Xalq yığıncağı»nın icazəsiz aksiyasını dağıdıblar.

«Bizim Gürcüstandakı etirazlardan xəbərimiz var. Həmişə belə hallarda dediyimiz kimi, hesab edirik ki, vətəndaşların öz fikrini dinc yolla ifadə etmək azadlığı hüququna hörmət edilməlidir. Biz Gürcüstan hakimiyyəti son günlər baş vermiş və bir neçə nəfərin həlak olması ilə nəticələnmiş insidentləri araşdırmağa çağırırıq», deyə Toner bildirib.

Xatırladaq ki, çox sayda aksiya iştirakçısı müxtəlif dərəcəli bədən xəsarətləri və gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıblar. Onlarla insan saxlanılıb. Gürcüstan DİN-in məlumatına görə, hadisələr zamanı 2 nəfər həlak olub, onları müxalifət liderlərinin avtomobil eskortu vurub. Dünən isə hadisə yerinin yaxınlığında daha iki nəfərin cəsədi aşkar edilib. Gürcüstan müxalifətinin bildirdiyinə görə, 46 aksiya iştirakçısının taleyi hələ də naməlum qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR