Bank Of Baku

ABŞ prezidenti Novruz bayramını qeyd edən xalqları təbrik edib

ABŞ prezidenti Novruz bayramını qeyd edən xalqları təbrik edib
# 21 mart 2007 12:45 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Buşun təbrik mesajı “Novruzu qeyd edən hər kəsi salamlayıram” sözləri ilə başlayır. Təbrikdə Novruzun Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Orta Asiya ölkələrində milyonlarla insan tərəfindən qeyd edilən bayram olduğu bildirilir. Novruzun yeni il olduğunu vurğulayan ABŞ prezidentinin sözlərinə görə, ailələr, dostlar, bir-birini sevən, hörmət edən insanlar min illərdir Novruzu qeyd etmək üçün bir araya gəlir və yeni ilə yeni ümidlərlə girir. ABŞ cəmiyyətinin fərqli irq, din və mədəniyyətə malik insanlardan formalaşdığını söyləyən Buşun təbrik mesajı “Laura və mən yeni ilin sağlıq və xöşbəxtlik bəxş etməsini diləyərək ən xoş arzularımızı çatdırırıq” sözləri ilə bitir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR