Bank Of Baku

FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO

FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO
# 23 iyun 2026 15:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı üçün maarifləndirmə tədbiri keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Komitənin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, FHN-in əməkdaşları tərəfindən Komitənin bir qrup əməkdaşına yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub.

Tədbirdə əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə mütəmadi maarifləndirilməsi, müəssisələrdə fəaliyyət göstərən elektrik cihaz və qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinin və avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə olmasının, müəssisələrin və ərazilərin təmiz saxlanılmasına dair tələblərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR