Bank Of Baku

Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb

Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb
# 23 iyun 2026 16:25 (UTC +04:00)

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində kadrların hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, fizika, kimya, biologiya, ekologiya və torpaqşünaslıq, coğrafiya, filologiya, geologiya və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcək. Eyni zamanda, məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-müəllifşünaslıq ekspertizası, məhkəmə-bioloji ekspertizası, sənədlərin texniki ekspertizası, materialların məhkəmə ekspertizası, məhkəmə-psixoloji ekspertiza, məhkəmə-ballistik ekspertizası, məhkəmə-trasoloji ekspertizası, audio və videoyazıların məhkəmə ekspertizası və məhkəmə-linqvistik ekspertizası sahələri üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.

Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və təcrübə arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR