Perunun sabiq prezidenti Alberto Fuximori ev dustağı edilib
09 iyun 2007 11:24 (UTC +04:00)
Çilidə saxlanılan sabiq Peru prezidenti Alberto Fuximorinin ev dustağı edilməsi haqqında qərar çıxarılıb. APA-nın məlumatına görə, Çili məhkəmə orqanları bu addımı ölkəsinə ekstradisiya edilmək ərəfəsində olan Alberto Fuximorinin başqa dövlətə qaçmasının qarşısını almaq məqsədilə atıb. Qeyd edək ki, milliyyətcə yapon olan sabiq prezident 2000-ci ildə Yaponiyadan sığınacaq alıb. Həmin il Çiliyə səfər edən Fuximori Peru rəsmi dairələrinin tələbi əsasında həbs edilib. Rəsmi Santyaqo Fuximorini Peruya ekstradisiya edilməsi barədə qərar çıxarıb. /APA/
Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024