Bank Of Baku

ABŞ-ın baş prokuroru Alberto Qonsales istefa verib

ABŞ-ın  baş prokuroru Alberto Qonsales istefa verib
# 27 avqust 2007 16:54 (UTC +04:00)
Konqresə dezinformasiya ötürməkdə ittiham olunan ABŞ-ın baş prokuroru Alberto Qonsales tutduğu vəzifədən istefa verib. APA-nın məlumatına görə, Qonsales öz qərarını prezident Buşa telefon vasitəsilə bildirib və qərarını bu gün açıqlamaq niyyətindədir. ABŞ-ın baş prokuroru vəzifəsinə Alberto Qonsalesin müavini Pol Klementin təyin olunacağı gözlənilir. Qeyd edək ki, Alberto Qonsales Federal Təhqiqat Bürosunun hesabatları ilə manipulyasiya etməkdə və 9 federal prokuroru qanunsuz olaraq istefaya göndərməkdə suçlandırılır. Konqresdə aparılan təhqiqat zamanı məlum olub ki, Qonsales 93 federal prokurorun hamısını işdən azad etməyə, onların yerinə Corc Buşa loyal münasibət bəsləyən şəxsləri təyin etməyə hazırlaşıb. Bu fakt aşkarlanandan sonra Konqresdə təmsil olunan həm demokrat, həm də respublikaçı qanunvericilər Alberto Qonsalesin istefasını tələb ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR