Bank Of Baku

Kondoliza Rays: “Kosovo və Serbiya heç vaxt vahid dövlətin tərkib hissələri olmayacaq”

Kondoliza Rays: “Kosovo və Serbiya heç vaxt vahid dövlətin tərkib hissələri olmayacaq”
# 22 dekabr 2007 08:11 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Kondoliza Rays Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. K. Rays qarşıdakı həftələr ərzində Kosovoya dair qərar qəbul edilməsini vacib saydığını bildirib. Onun fikrincə, Kosovonun statusunun qeyri-müəyyən qalması Balkanlarda qeyri-sabitlik yaradır. Dövlət katibi ABŞ-ın Kosovo probleminin həlli üçün aktiv diplomatik səylərini davam etdirəcəyini deyib: “Biz kosovolular, serblər və ruslar da daxil olmaqla, nizamlanma prosesinin bütün iştirakçıları ilə danışacağıq. Biz hamımız Balkanlarda sabitliyə səbəb olacaq addımlar atmalı və faciəvi səhifələri qapatmalıyıq ki, “soyuq müharibə”nin bitməsindən 17 il sonra yeni Avropanın tikintisi başa çatdırılsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR