Bank Of Baku

Metyu Brayza: “Gürcüstan müxalifətinin seçiciləri hansı əsasla mitinqlərə çağırması anlaşılmır”

Metyu Brayza: “Gürcüstan müxalifətinin seçiciləri hansı əsasla mitinqlərə çağırması anlaşılmır”
# 07 yanvar 2008 09:51 (UTC +04:00)
“ATƏT-in rəyini gözləmədən Gürcüstandakı bəzi qüvvələrin prezident seçkilərinin ədalətli keçmədiyini bəyan etməsi anlaşılmazdır”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri “Rustavi-2” telekanalına müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavininin köməkçisi Metyu Brayza deyib. O bildirib ki, hələlik yalnız ilkin məlumatlar bəllidir və hansısa ciddi pozuntulardan söhbət getmir. M. Brayza ATƏT və digər beynəlxalq müşahidəçilərin rəylərindən sonra yekun qiymətləndirmə ilə çıxış edəcəklərini söyləyib: “Hazırda malik olduğumuz məlumatlar seçkilərin nisbətən yaxşı keçdiyini göstərir. Bu seçkilər namizədlər arasındakı real rəqabət baxımından ən yaxşı seçkilərdən biri hesab oluna bilər. Bu fonda müxalifətin seçiciləri hansı səbəblə mitinqlərə çağırması anlaşılmır”. M. Brayzanın fikrincə, seçkilər ədalətli sayılarsa, bütün vətəndaşlar həm hakimiyyət, həm də müxalifət nəticələrə hörmətlə yanaşmalıdır, çünki ədalətli seçkilərin tanınmaması qeyri-demokratik və qanunsuz proseslərə təkan verə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR