Bank Of Baku

ABŞ-da tornado qasırğası 44 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub

ABŞ-da tornado qasırğası 44 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub
# 06 fevral 2008 14:51 (UTC +04:00)
APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları qurbanların sayının artacağını istisna etmirlər. Xilasedicilər Arkanzasda 24, Tennessidə 13, Kentukkidə 7 nəfərin cəsədini uçmuş evlərin altından çıxarıblar. Missisipi hakimiyyət orqanları isə tornado nəticəsində çoxlu sayda evin dağıldığını, qurbanlarını sayının isə hələlik müəyyən olunmadığını bildiriblər. Tornado qasırğası adı çəkilən ştatlarda çoxlu sayda evləri yerlə-yeksan edib, elektrik xətlərini sıradan çıxarıb. Hələlik rəsmi orqanlar qasırğanın vurduğu iqtisadi ziyanın məbləğini açıqlamağa tələsmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR