Bank Of Baku

Pentaqon “Google”a qadağa tətbiq edib

Pentaqon “Google”a qadağa tətbiq edib
# 07 mart 2008 10:53 (UTC +04:00)
Bakı. Elmin İbrahimov - APA. ABŞ Müdafiə Nazirliyi “Google” beynəlxalq axtarış sistemində ölkədəki strateji əhəmiyyətli obyektlərin təfsilatlı xəritələri və videogörüntülərinin yayılmasına qadağa qoyub. APA-nın məlumatına görə, Pentaqonun yaydığı bəyanatda bildirilir ki, hərbi obyektlərin, o cümlədən bazaların ölçüləri asanlıqla müəyyən etməyə imkan verən aydın təsvirlərinin yayılması milli təhlükəsizliyə zərbə vura bilər. ABŞ hərbi rəhbərliyinin qəti qərar verməsinə Texasdakı “Fort Sam Houston” hərbi bazasının təsvirlərinin yayılması səbəb olub. 360 dərəcəli panaromik təsvirlərdə gözətçilərin yerini, bazaya giriş, çıxış və bütün infrastrukturu görmək mümkündür. “Google” hərbi obyektlərin təsvirlərinin 24 saat ərzində sistemdən çıxarılacağına dair öhdəlik götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR