Bank Of Baku

ABŞ Konqresi Ağ Evi məhkəməyə verib

ABŞ Konqresi Ağ Evi məhkəməyə verib
# 11 mart 2008 09:36 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 36 səhifəlik iddia Nümayəndələr Palatasının Hüquq Komitəsinin baş hüquqşünası İrvin Neytan tərəfindən məhkəməyə təqdim olunub. Cavabdehlər qismində prezident aparatının rəhbəri Coşua Bolten və administrasiyanın keçmiş baş hüquqşünası Xerriyet Mayers göstərilib. Bu iki şəxs bir sıra ştatlarda bəzi prokurorların işdən qovulması ilə bağlı yaranmış qalmaqala dair ifadə vermək üçün ötən ilin yayında rəsmi şəkildə Konqresə dəvət olunsalar da, Ağ Evin qadağasını əsas gətirərək dəvəti rədd ediblər. Məhkəmə iddiasında bildirilir ki, siyasi hakimiyyətin qolları tıxanıb, ona görə də Bolten və Mayersin Konqresə gələrək ifadə vermələri və tələb olunan bütün sənədləri təqdim etmələri üçün məhkəmənin müdaxiləsi zəruridir. Ağ Evin mətbuat katibi Dan Perino isə prezident administrasiyasının məhkəməyə verilməsini siyasi teatr adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR