Bank Of Baku

Pentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək

Pentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək
# 12 mart 2008 08:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Pentaqon yaxın vaxtlarda Kubada yerləşən Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə mütəmadi telefon əlaqəsi saxlamağa icazə verəcək. APA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Pentaqonun Quantanamo məhbusları ilə bağlı yeni siyasətinin bir hissəsidir. Bu siyasətin məqsədi Kubanın cənub-şərqində yerləşən həbsxanada saxlanılma şəraitinin yaxşılaşdırılmasıdır. Pentaqonun mətbuat katibi Ceffri Qordon hesab edir ki, ailə üzvləri ilə telefonla əlaqəsi saxlamaq psixoloji vəziyyəti məlum olan məhbuslar üçün yaxşı dəstək olacaq. Telefon danışıqlarına konkret olaraq nə vaxt icazə veriləcəyi bildirilmir. Hələlik isə Quantanamo məhbusları xarici aləmlə əlaqə qurmaq üçün məktublaşma və vəkilləri ilə görüşmək imkanına malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR