Bank Of Baku

Barak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb

Barak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb
# 12 mart 2008 09:01 (UTC +04:00)
Vaşinqton - APA. ABŞ-ın Missisipi ştatında keçirilən ilkin seçkilərdə demokratların yarışında Barak Obama, respublikaçılar daxilində isə Con Makkeyn qalib gəliblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ümummilli qurultaya 40 nümayəndənin seçildiyi “praymeriz”də B. Obama 60%, rəqibi Hillari Klinton isə 38% səs toplayıb. İndiyədək B. Obama ümumilikdə 1596, H. Klinton isə 1484 nümayəndənin dəstəyini qazanıb. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün azı 2025 qurultay nümayəndəsinin səsi tələb olunur. C. Makkeyn isə Missisipidə 79% səs toplayıb. Onun mübarizəni dayandırmış rəqibi Mayk Hakkabi 13%, Ron Pol isə 3% səs yığıblar. Xatırladaq ki, C. Makkeyn prezidentliyə respublikaçıların rəsmi namizədi olmaq üçün tələb olunan 1191 nümayəndənin səsini hələ martın 4-də təmin edib. Onun artıq 1325 səsi var.
Demokratlar və respublikaçılar daxilində növbəti “praymeriz” aprelin 11-də Pensilvaniya ştatında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR