Bank Of Baku

ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb

ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb
# 13 mart 2008 10:19 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. APA-nın məlumatına görə, prezident Corc Buş öz qərarını “İran hökumətinin siyasət və fəaliyyətinin əvvəllər olduğu kimi yenə də Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə törətməsi” ilə əsaslandırıb. O, İrana qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı ABŞ Konqresinə xəbərdarlıq məktubu göndərdiyini qeyd edib. Məktubda qeyd edilir ki, İran əvvəllər olduğu kimi, yenə də terrorçu təşkilatları maliyyələşdirməkdə davam edir. Xatırladaq ki, ABŞ İrana qarşı 1995-ci ildən sanksiyalar tətbiq edir. İki ölkə arasında diplomatik münasibətlər 29 ildir dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR