Bank Of Baku

Metyu Brayza: “Bizim çağırışlarımıza baxmayaraq, Ermənistan hakimiyyəti müxalifət fəallarının həbsini davam etdirir”

Metyu Brayza: “Bizim çağırışlarımıza baxmayaraq, Ermənistan hakimiyyəti müxalifət fəallarının həbsini davam etdirir”
# 14 mart 2008 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, Avropa Birliyinin Ermənistanda martın 1-də baş verən hadisələrin müstəqil təhqiqatının aparılmasını təklif etdiyini, ABŞ-ın da bu təhqiqata dəstək verməyə hazır olduğunu açıqladığını xatırladıb: “Biz bu təklifi alqışlayır və müstəqil təhqiqatın faydalı olacağını hesab edirik. Eyni zamanda mən düşünürəm ki, nə vaxtsa bu faciəvi hadisələrin detallarına dəqiqliklə qiymət vermək çətin olacaq. Hakimiyyət martın 1-də mitinqin dağıdılması zamanı silahdan istifadə olunmadığını, müxalifət isə mitinqçilərə atəş açıldığını və ölənlərin sayının açıqlanan rəqəmdən qat-qat çox olduğunu bildirir”. M. Brayza qeyri-qanuni olaraq silah tətbiq edənlərin və Seçki Məcəlləsini pozanların cəzalandırılmasını istəyib və qeyd edib ki, ABŞ-ın həbslərin dayandırılması barədə çağırışlarına baxmayaraq, Ermənistan hakimiyyəti müxalifət fəallarının həbsini davam etdirir. Ermənistan hakimiyyətinin etiraz aksiyalarına reaksiyasını “sərt və vəhşicəsinə” adlandırmasına aydınlıq gətirən ABŞ dövlət katibinin müavininin köməkçisi əslində hər ki tərəfin vəhşiliklərə yol verdiyini vurğulayıb: “Problem ondadır ki, azad mətbuat vasitəsilə yayılan tərəfsiz informasiyaların olmadığı şəraitdə hər iki tərəf günahı bir-birinin boynuna qoyur. Ancaq əlbəttə ki, xalqa qarşı güc tətbiq olunmasına görə hökumət, dinc etirazlar və qanuni mexanizmlərdən istifadə məsələsinə görə isə vətəndaşlar məsuliyyət daşıyır”. Ermənistandakı gərgin vəziyyətin həlli üçün şəxsən ABŞ prezidentinin işə qarışması ehtimalına dair sualı cavablandıran M. Brayza deyib ki, Vaşinqton Ermənistan hökuməti ilə əlaqələrdə effektiv vasitələrə malikdir və məqsədə çatmaq üçün bu vasitələr yetərlidir: “Əgər prezident Buş prosesə qoşulmaq istəyərsə, bu, onun qərarı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR