Bank Of Baku

Dik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib

Dik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib
# 25 mart 2008 15:05 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. İran atom silahı əldə etməklə Yaxın Şərqdə sülh və sabirliklə bağlı cəhdlərə mane olur. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyədə səfərdə ollan ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib. Onun sözlərinə görə, iranlılar açıq şəkildə nüvə silahı üçün lazım olan uraniyumu zənginləşdirməyə çalışırlar.
İraqda Amerikanın 4 minə qədər əsgər itirməsi ilə bağlı suala cavabında Çeyni bundan kədərləndiklərini, lakin ordularının könüllü əsgərlərdən ibarət olduğunu da vurğulayıb. O, ABŞ demokratlarının prezidentliyə namizədləri olan Hillari Klinton və Barak Obamanın İraqdan əsgəri çəkəcəkləri ilə bağlı açıqlamalarını “düşünülməmiş bəyanatlar” adlandırıb. Çeyni onun xalq tərəfindən sevilməməsi ilə bağlı suala da maraqlı cavab verib: “Bir çox məsələlərdə mənim fikirlərim çoxları ilə uyğun gəlmir. Amma sevilmək istəsəydim, gərək siyasətçi yox, televiziya müxbiri olaydım”.
Dik Çeyninin Türkiyə gəlməmişdən öncə Quzey İraqa etdiyi səfəri ilə bağlı açıqlaması da yayılıb. Açıqlamada o, Quzey İraqı “Kürdüstan” adlandırıb: “ Bu mənin Kürdüstana ilk səfərim oldu” deyə, vurğulayan Dik Çeyni Türkiyədə də bir sıra yüksəksəviyyəli görüşlər keçirib. O, Türkiyə səfərinin proqramını Corc Buşun təlimatı ilə hazırladığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR