Bank Of Baku

ABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb

ABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb
# 10 aprel 2008 15:01 (UTC +04:00)
Vaşinqton APA. ABŞ Dövlət Departamentinin Antiterror Bürosu xarici terror təşkilatlarının siyahısını yeniləyib. APA-nın məlumatına görə, 44 təşkilatın adının olduğu siyahıya Türkiyədən KONGRA-GEL (əvvəlki adı - PKK və KADEK) və DHKP/C (Devrimci Halk Kurtuluş Cephesi-Partisi) terror təşkilatları da salınıb. Dövlət Departamentindən bildiriblər ki, terror təşkilatlarının siyahısı “Vətəndaşlıq və miqrasiya” qanununa uyğun hazırlanır və müntəzəm yenilənir. Siyahıya ABŞ-ın milli təhlükəsizliyinə və ABŞ vətəndaşlarının güvənliyinə təhdid təşkil edən, həm terrorçu fəaliyyətlə məşğul olan, həm də terror planları hazırladığı müəyyənləşdirilmiş qurumlar daxil edilir. Siyahını hazırlamaqda məqsəd terrorçuluqla mübarizə ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq, terror təşkilatlarını təcrid vəziyyətinə salmaq və iqtisadi dəstəkdən məhrum etmək və dünya hökumətlərini ABŞ-ın bu məsələdə tutduğu mövqedən xəbərdar etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR