ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri Ermənistanda müşahidə olunan anti-semitizmdən heyrətə gəldiyini bəyan edib
Ermənistan prezidentliyinə namizəd və müxalifət hərəkatının rəhbəri L. Ter-Petrosyanın müşaviri Arman Qriqoryan isə çıxışında seçicilərə, müxalifət nümayəndələrinə geniş miqyasda hədə-qorxu gəlinməsi, səslərin sayılması prosedurlarının pozulması, səslərin saxtalaşdırılması kimi halların qeydə alındığını qeyd edib. Onun sözlərinə görə, seçki o qədər biabırcasına saxtalaşdırılıb ki, 17 dairədə (15%-dən çox) seçkilər “pis” və yaxud “çox pis” kimi qiymətləndirilib: “Hətta bütövlükdə ölkədəki seçki dairələrinin yalnız 10%-də səslər oxşar keyfiyyətlə sayılsaydı belə, Mərkəzi Seçki Komissiyasının Serj Sarkisyanı birinci mərhələnin qalibi elan etməsi mümkün deyildi”. A. Qriqoryan deyib ki, seçkinin nəticələri o qədər saxtalaşdırılıb ki, rəsmi məlumatlara görə, ölkədə olan 95 dairədə seçicilərin iştirak faizi 90%-i keçib, bu dairələrdən 44-də isə seçicilərin iştirakı 95%-dən də artıqdır: “Rejimin adamları öz boslarını razı salmaq üçün o qədər səy göstəriblər ki, hətta bir dairədə səsvermə hüququ olan şəxslərin iştirakı 100,36% təşkil edib. Bu onu göstərir ki, rejim Ermənistandakı səsvermə hüququ olan şəxslərin sayını dramatik şəkildə şişirdib. Hökumətin rəsmi məlumatına görə, bütövlükdə 3228300 şəxsin Ermənistan vətəndaşlığı var. Halbuki, Mərkəzi Kəşfiyyat İdarəsinin 2006-cı il üçün hazırladığı Dünya Fakt Kitabında Ermənistan vətəndaşı olan şəxslərin sayı 2976372 nəfər göstərilir. Onların da təxminən 750 000-i Rusiya və Avropada yaşayır. Bu isə o deməkdir ki, 2008-ci il fevralın 19-a olan dövrdə Ermənistanda bütün yaşlar üzrə 2226372-2478300 arası vətəndaş yaşayıb. Rəsmi rəqəmlərə görə, 2008-ci il fevralın 19-a kimi Ermənistanda yaşı 15-dən aşağı olan ümumilikdə 600300 vətəndaş olub. Hazırda respublikada yaşı 18-dən aşağı olanların sayı isə təxminən 745300-dir. Bu faktlar göstərir ki, 2008-ci il fevralın 19-a olan dövrdə respublikada 1481072-1733000 arası səsvermə hüququ olan şəxs olub. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1671027 vətəndaş səs verib. Mərkəzi Kəşfiyyat İdarəsinin Dünya Fakt Kitabındakı rəqəmləri əsas götürsək, onda respublikada səsvermə hüququ olanlardan 189955 nəfər artıq səs verilib. Əgər kimsə Ermənistan hökumətinin təsdiqlədiyi əhalinin statistikası ilə bağlı rəqəmlərlə seçkinin səsverməsini ölçsə, o zaman məlum olur ki, səsvermə hüququ olan əhalinin 96,4%-i seçkilərdə iştirak edib”.
A. Qriqoryan bildirib ki, Ermənistanda, iqtisadi gücün mərkəzləşdirilməsi yalnız fövqəladə dərəcədə var-dövlətin mərkəzləşdirilməsi ilə müşayiət olunur. Ölkədə 44 ailə Ermənistanda Ümumi Daxili Məhsulun (ÜDM) 55%-ə nəzarət edir.
T. Petrosyanın müşavirinin fikrincə, rejim martın 20-də fövqəladə vəziyyətə son qoyulduğunu elan etsə də, küçələr hələ də azğınlaşmış polislə doludur, insanlar Şimal Prospektində gəzişməkdən başqa nə etsələr, həbs olunurlar: “Rejim iddia edir ki, dialoq istəyir, amma 145-dən artıq insan saxta ittihamlarla həbs olunub. Rejim azad sözə qarşı məhdudiyyətləri aradan qaldırıldığını desə də, vergi polisinə müxalifət qəzetlərinin hesab kitablarını yoxlamaq barədə göstəriş verib. Əgər rejim martın 1-də baş verən hadisələrlə bağlı beynəlxalq araşdırmalara imkan verməyəcəksə, mitinqlər, yürüşlər, yığıncaqlar, nümayişlər keçirmək haqqında qanuna son vaxtlar qəbul olunmuş qeyri-konstitusional düzəlişi ləğv etməkdən imtina edəcəksə, gələcəkdə hər hansı bir dialoq mümkünsüzdür. Rejim A1+ kanalına yayım üçün lisenziya verməlidir”.
A. Qriqoryan ABŞ və Qərbi birmənalı olaraq tiraniyaya qarşı azadlığın tərəfində durmağa çağırıb: “Azadlıq ilə tiraniya Ermənistanda gedən mübarizənin məhz iki tərəfidir”.
Qeyd edək ki, ABŞ Konqresinin Helsinki Komissiyasında Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyətə dair dinləmələr aprelin 17-də keçirilib.
Amerika
ABŞ İranın dəniz blokadası çərçivəsində daha dörd gəmini marşrutunu dəyişməyə məcbur edib
Pentaqon İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərin sayını açıqlayıb
Meksikada 7,4 ballıq zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb - YENİLƏNİB
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
Xəbər Lenti
ABŞ İranın dəniz blokadası çərçivəsində daha dörd gəmini marşrutunu dəyişməyə məcbur edib
İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb
İranın cənubunda üç partlayış baş verib
Pentaqon İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərin sayını açıqlayıb
Ərbildə ABŞ konsulluğu yaxınlığında dörd PUA vurulub
Meksikada 7,4 ballıq zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb - YENİLƏNİB
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik
"Cicero": Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir
İran Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən gəmiyə zərbə endirib
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq
Merz: Çinlə yeni ticarət münaqişəsi istəmirik
ABŞ Çabahar limanındakı müşahidə qülləsini məhv edib
KİV: ABŞ İsrailə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir
Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul olunub
KASKO üzrə 120 min manata yaxın pul ödənilib
ABŞ İranın Xark adasında neft tankerinə raket zərbəsi endirib
Sırski: Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq niyyətindədir
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır
KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
ƏƏSMN: Ucuz mənzillər hələ də satışdadır
İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib
Peşəkar mühasib imtahanları ilə bağlı güzəştlər müəyyənləşib
“Bank Respublika”nın maliyyə vəziyyəti məlum olub - HESABAT
ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib
Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür
Lavrov: Şimal–Cənub nəqliyyat dəhlizi layihəsində tezliklə irəliləyiş gözlənilir
Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq edib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
Lavrov: Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Bakıda bir ayda narkotiklə bağlı 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO
Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq