Bank Of Baku

ABŞ-ın Şimali Karolina və İndiana ştatlarında növbəti ilkin seçkilər keçirilib

ABŞ-ın Şimali Karolina və İndiana ştatlarında növbəti ilkin seçkilər keçirilib
# 07 may 2008 08:18 (UTC +04:00)
Vaşinqton APA. ABŞ-ın Şimali Karolina və İndiana ştatlarında demokratların prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilər keçirilib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Şimali Karolinada Barak Obama, İndianada isə Hillari Klinton qalib gəlib. B. Obama Şimali Karolinada 56%, İndianada 48%, H. Klinton isə müvafiq olaraq 42% və 52% səs alıb. B. Obama ilkin nəticələr bəlli olduqdan sonra prezidentliyə rəsmi namizəd statusu qazanmağa daha da yaxınlaşdığını bildirib: “İndi biz 200-dən daha az qurultay nümayəndəsinin dəstəyini qazanmalıyıq”. H. Klinton da İndianadakı çıxışında namizədlik yarışını davam etdirəcəyini açıqlayıb. O, Qərbi Virciniya, Kentukki, Oreqon və digər ştatlarda keçiriləcək ilkin seçkilərdə qələbəyə ümid etdiyini söyləyib.
Qeyd edək ki, indiyə qədər B. Obama 32, H. Klinton isə 16 ştatda qalib gəlib. Son “praymeriz”lərə qədər B. Obama 1752, H. Klinton 1611 qurultay nümayəndəsinin dəstəyini qazanmışdı. Prezidentliyə rəsmi namizəd olmaq üçün 2025 qurultay nümayəndəsinin səsi tələb olunur. Demokratların ümummilli qurultayı avqust ayında Bostonda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR