Bank Of Baku

BQXK dövlətləri qeyri-dəqiq və etibarsız kasetli döyüş sursatlarını qadağan edən müqavilə bağlamağa çağırıb

BQXK dövlətləri qeyri-dəqiq və etibarsız kasetli döyüş sursatlarını qadağan edən müqavilə bağlamağa çağırıb
# 16 may 2008 12:36 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. "Mülki əhaliyə yolverilməz bəlalar gətirən kasetli döyüş sursatlarını qadağan edən yeni müqavilə barədə danışıqlar aparmağa hazırlaşan dövlətlər bu silahların gətirdiyi fəlakətləri nəzərə alaraq qətiyyətli addım atmalıdır". Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında qeyd olunub. BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 19-dan 30-dək Dublində 100-dən artıq dövlətin iştirak edəcəyi diplomatik konfransda kasetli silahlarla bağlı müzakirələr aparılacaq. BQXK-nın prezidenti Yakob Kellenberqerin konfrans qabağı müraciətində kasetli döyüş sursatlarının öldürmə qabiliyyətini heç vaxt itirmədiyini bildirib: “Fəaliyyəti müddətində Beynəlxalq Qızıl Xaç Komitəsi silahlı münaqişə zamanı bu silahların mülki əhaliyə dəhşətli təsirinin tez-tez şahidi olub. İndi dövlətlər qeyri-dəqiq və etibarsız kasetli döyüş sursatlarını qadağan edən, ərazilərin onlardan təmizlənməsini və qurbanlara yardımı təmin edən müqavilə bağlamalıdır”. BQXK prezidenti deyib ki, təxminən 75 ölkə hal-hazırda kasetli döyüş sursatlarına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR