Bank Of Baku

BMT Çində zəlzələdən zərər çəkənlərə 7 milyon ABŞ dolları yardım ayırıb

BMT Çində zəlzələdən zərər çəkənlərə 7 milyon ABŞ dolları yardım ayırıb
# 17 may 2008 08:23 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Birləşmiş Millətlər Təşkilatı (BMT) Çində zəlzələdən zərər çəkmiş insanlara 7 milyon ABŞ dolları həcmində yardım ayırıb. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Ki Mun “Fövqəladə hallara Yardım Mərkəzi Fondu”ndan Çinin Siçuan əyalətində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım ayırıb.
Qeyd edək ki, artıq dünən “UNİCEF” çinli uşaqlara məktəbli formaları, çadır və yorğan göndərib. Hazırda isə təmiz içməli su, sanitariya və dərman preparatları göndərməyə hazırlaşır. Həmçinin Ümumdünya Ərzaq Proqramı yaxın günlərdə hadisə yerinə, 1 həftə ərzində 120 min adama kifayət edəcək qədər makaron göndərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR