Bank Of Baku

Kanadanın Toronto şəhərində uydurma “erməni soyqırımı”na dair kitab orta məktəb dərslikləri siyahısından çıxarılıb

Kanadanın Toronto şəhərində uydurma “erməni soyqırımı”na dair kitab orta məktəb dərslikləri siyahısından çıxarılıb
# 19 may 2008 16:02 (UTC +04:00)
Toronto. Kərim Həsənli APA. Kanadanın Toronto şəhərində qondarma “erməni soyqırımı”na dair kitab orta məktəb dərslikləri siyahısından çıxarılıb. APA-nın məlumatına görə, yerli erməni diasporunun təşəbbüsü və dəstəyi ilə 11-ci sinif şagirdlərinə qarşıdakı dərs ilindən etibarən tədris olunması planlaşdırılan “Qeyri-adi şeytan: soyqırımın tarixinin xülasəsi” adlı kitab ölkədə yaşayan türkdilli icmaların təzyiqi ilə siyahıdan çıxarılıb. Kanada Türk Şurasının təmsilçisi Kövsər Taymaz əldə olunan nəticənin ölkədəki türk icması üçün böyük əhəmiyyət daşıdığını bəyan edib. Kitabın müəllifi bu addımın onun üçün gözlənilməz olmadığını, amma kiçik bir qrupun Kanada rəsmilərinə təsir imkanlarının bu qədər böyük olmasına təəssüfləndiyini bildirib. Kanada təhsil orqanları isə bu addımı kitabın tarixi faktları əks etdirməməsi ilə izah ediblər.
Qeyd edək ki, kitabın Kanada məktəblərində keçilən “Bəşəriyyətə qarşı soyqırım və cinayətlər” dərsində istifadə olunması planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR