Bank Of Baku

ABŞ prezidenti İraqın baş nazirindən üzr istəyib

ABŞ prezidenti İraqın baş nazirindən üzr istəyib
# 20 may 2008 13:42 (UTC +04:00)
Vaşinqton APA. ABŞ prezidenti Corc Buş İraqdakı amerikalı əsgərlərdən birinin Qurandan atəş hədəfi kimi istifadə etməsinə görə bu ölkənin baş naziri Nuri əl-Malikidən üzr istəyib. APA-nın xəbərinə görə, bu barədə İraqın dövlət televiziyası “Əl-İraqiyyə” məlumat yayıb.
Qeyd edək ki, insident mayın 9-da Bağdadın rayonlarının birində yerləşən polis məntəqəsində baş verib. Serjant rütbəli amerikalı hərbçi snayperdən dəqiq atəş açmaqla bağlı hazırlığı başa vurduqdan bir qədər sonra iraqlı polis üzərində güllə yerləri olan Quran tapıb. ABŞ komandanlığı hadisədən sonra Bağdad sakinlərindən üzr istəyib. Pentaqon isə serjantın xidmətdən kənarlaşdırılaraq, başqa hərbi hissəyə göndərildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR