Bank Of Baku

ABŞ prezidenti Corc Buş PKK-ya qarşı sanksiyalar tətbiq olunması haqda qərar verib

ABŞ prezidenti Corc Buş PKK-ya qarşı sanksiyalar tətbiq olunması haqda qərar verib
# 31 may 2008 08:41 (UTC +04:00)
APA-nın “Reuters” agentliyinə istinadən xəbərinə görə, Ağ Evin yaydığı rəsmi açıqlamada sanksiyaların narkotik ticarəti ilə mübarizə çərçivəsində tətbiq edildiyi bildirilir. ABŞ vətəndaşlarına və şirkətlərinə PKK ilə hər hansı əlaqəsi olan strukturlarla maliyyə-iqtisadi bağlantılar qurmaq qadağan edilir. PKK-nın Amerika banklarındakı bütün hesabları dondurulur.
Qeyd edək ki, PKK daha öncə ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilib. Bu cür siyahıların fiqurantlarına qarşı avtomatik olaraq iqtisadi sanksiyalar tətbiq edilir. Ona görə də PKK-ya qarşı hər hansı yeni məhdudiyyətlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur, lakin bu haqda məlumat verilmir. ABŞ və Türkiyənin xüsusi xidmət orqanları dəfələrlə PKK-nı Qərb ölkələrinin bazarına narkotik daşınmasında ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR