Bank Of Baku

Hillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib

Hillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib
# 02 iyun 2008 08:13 (UTC +04:00)
Vaşinqton APA. Əhalisi ABŞ vətəndaşı olan Puerto-Rikoda Demokrat Partiyasının prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün ilkin seçki keçirilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, H. Klinton 68% səs toplayaraq qalib gəlib və Puert-Rikodan demokratların ümummilli qurultayına gedəcək 55 nümayəndənin 35-nin səsini əldə edib. Buna baxmayaraq, sabiq birinci ledi rəqibi Barak Obamaya çata bilməyib. Belə ki, B. Obama 2070 qurultay nümayəndəsinin dəstəyinə malik olduğu halda, H. Klintonu dəstəkləyənlərin sayı 1910-dur. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün 2118 səs tələb olunur. Növbəti ilkin seçkilər iyunun 3-də Montana və Şimali Dakota ştatlarında keçiriləcək.
Qeyd edək ki, Puerto-Rikonun statusuna əsasən yerli əhali ABŞ vətəndaşı olsa da, Konqresdə təmsilçilik hüququndan məhrumdur və prezident seçkilərində səsvermə hüququna da malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR