Bank Of Baku

Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib

Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib
# 04 iyun 2008 07:40 (UTC +04:00)
Demokratların əsas namizədlərindən Hillari Klinton Cənubi Dakotada, Barak Obama isə Montanada keçirilən ilkin seçkilərdə qalib gəlib. Seçkilər başa çatdıqdan sonra dərhal sonra senator Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib: “Bu gün mən əminliklə deyə bilərəm ki, demokratlar məni rəsmi qaydada ABŞ prezidenti postuna namizəd irəli sürüblər. Artıq bu yarışda mənim üçün yeni mərhələ başlayıb. Bu gün biz bir tarixi mərhələnin bitməsini və yeni mərhələnin başlamasını qeyd edirik”. Barak Obama ilkin seçkilər dövründə apardığı uğurlu kampaniyaya görə rəqibi Hillari Klintonu təbrik edib. ABŞ-ın sabiq “first lady”si isə öz məğlubiyyəti ilə barışmayıb. Barak Obamanı uğurlu kampaniya münasibətilə təbrik edən Hillari Klinton bildirib ki, noyabrda keçirilən seçkilərdən sonra Ağ Evdə məskunlaşmaq niyyətindədir.
Qeyd edək ki, hazırda Barak Obama ümummilli qurultaya seçilmiş nümayəndələrdən 2132-nin dəstəyinə sahibdir. Onun namizədliyinin təsdiq olunması üçün 2118 nümayəndənin səsini qazanmaq lazımdır. Hillari Klinton isə 1925 səs ehtiyatına malikdir.
Respublikaçılar da namizədləri Con Makkeynin prezident seçkilərində Barak Obama ilə yarışacağına əmindirlər. Luizianada seçiciləri qarşısında çıxış edən respublikaçıların namizədi Con Makkeyn seçkilərdə Barak Obamanı məğlub edəcəyini bildirib: “Obama ilk baxışdan əla təsir bağışlaya bilər. Amma Vaşinqtonda real dəyişikliklər həyata keçirməyə o deyil, mən qadirəm. Amerikalılar məni çoxdan tanıyırlar, Obama isə hələ indi-indi tanınmağa başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR