Bank Of Baku

Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib

Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib
# 05 iyun 2008 08:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın CNN, NBC və “Fox” teleşirkətləri məlumat yayıblar. H. Klinton iyunun 4-də özünün seçki qərargahında olub və bütün əməkdaşları iyunun 6-da evinə dəvət edib. Seçki qərargahının əməkdaşlarının əksəriyyətinə deyilib ki, iyunun 6-sı onların sonuncu iş günü olacaq və gələn həftədən sərbəstdirlər. Teleşirkətlər H. Klintonun hansı formada yarışdan çəkiləcəyinə dair müxtəlif xəbərlər yayırlar. CNN seçki kampaniyasına birdəfəlik son qoyulmasından, NBC və “Fox” isə kampaniyanın dayandırılmasından bəhs edirlər. ABŞ-dakı mövcud praktikaya əsasən demokratların prezidentliyə namizədi olmaq üçün mübarizə aparan şəxs yarışı dayandırsa da, namizəd olaraq qalır və ilkin seçkidə qazandığı səsləri qoruyur, həmçinin müəyyən mərhələdə namizədliyini bərpa etmək hüququnu özündə saxlayır. Namizədliyini birdəfəlik geri götürən şəxs isə “praymeriz”də əldə etdiyi səsləri itirir.
Qeyd edək ki, demokratlar daxilində keçirilən ilkin seçkilərdə 2 min 159 qurultay nümayəndəsinin dəstəyini qazanan Keniya əsilli senator Barak Obama qalib gəlib. Demokratların prezidentliyə vahid namizədi olmaq üçün 2 min 118 səs kifayət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR