Bank Of Baku

ABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub

ABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub
# 10 iyun 2008 08:34 (UTC +04:00)
Vaşinqton APA. Konqresmen Dennis Kusiniç Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti (vəzifədən kənarlaşdırılması) tələbi ilə qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, prezidentliyə keçmiş namizəd, demokrat D. Kusiniç 35 maddədən ibarət ittihamnaməni 5 saat ərzində Nümayəndələr Palatasının tribunasından oxuyub. Yerli vaxtla saat 19.12-də çıxışa başlayan konqresmen əvvəlcə hansı niyyətlə bu sənədi hazırladığını izah edib, sonra 4 saat 39 dəqiqə layihəni oxuyub və saat 23.51-də tribunadan enib. D. Kusiniç prezidentin öz səlahiyyət həddini aşdığını və Amerika xalqını aldatdığını bildirib: “Prezident qanunun aliliyi və insan haqlarına hörmət sahəsində nümunə olan Birləşmiş Ştatları bütün dünyanın gözündə beynəlxalq qanunlara əməl olunmayan bir dövlətə çevirib”.
Çıxışdan sonra iclasın sədri sənədin baxılmaq üçün qəbul olunub-olunmayacağına daha sonra qərar veriləcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR