Bank Of Baku

Corc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib

Corc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib
# 12 iyun 2008 07:51 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qətnamə layihəsinin komitədə qəbul olunması gözlənilmir. Komitənin sədri, respublikaçı Con Konyers layihəni müzakirəyə çıxarıb-çıxarmayacaqları haqda heç nə deməyib. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin mətbuat katibi Nadim Elşami isə bildirib ki, Konqres qətnamə layihəsini dəstəkləməyəcək: “Spiker Pelosi hesab edir ki, impiçment fikir ayrılıqları və qarşıdurmalara səbəb olacaq, Konqresin diqqətini Amerika ailələri üçün yeni qanunların qəbulundan yayındıracaq və layihə son nəticədə iflasa məhkumdur”. Ağ Ev isə ümumiyyətlə, bu məsələni şərh etməyə lüzum görməyib.
Xatırladaq ki, Corc Buşun impiçmentini nəzərdə tutan qətnamə layihəsini demokrat konqresmen Dennis Kusiniç hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR