Bank Of Baku

Doqquz rus 200 min dollara kosmosa səyahət edəcək

Doqquz rus 200 min dollara kosmosa səyahət edəcək
# 13 iyun 2008 09:52 (UTC +04:00)
ABŞ APA. Doqquz rusiyalı Amerikanın “Virgin Galactic” şirkətinin hazırladığı “SpaceShipTwo” adlı ilk kosmik gəmidə uçmaq üçün yer alıb. APA-nın ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, “Virgin Galactic” dünyada kosmik turizm agentliyi sayılır.
Hələlik ilk uçuşun nə zaman həyata keçiriləcəyi məlum deyil. Lakin qiyməti 200 min dollar olan ilk reyslərə biletlər artıq satılıb. Ümumiyyətlə isə gələcək kosmik turistlərin siyahısında 85 min nəfərin adı var.
Planlaşdırıldığına görə, ilk reyslər həftədə bir dəfə həyata keçiriləcək. Şirkət “White Knight Two” və “SpaceShipTwo” gəmilərinin hazırlanmasına başlayıb. “Virgin Galactic” ilk kosmik gəmini iyul ayında nümayiş etdirməyə hazırlaşır.
Qeyd edək ki, bundan əvvəl “Virgin Galactic” şirkətinin sahibi Riçard Benson kosmik aparatların sayını 40-45 ədədə çatdırmağı və yaxın 12 il ərzində gündə 3-4 uçuş həyata keçirməyə hazırlaşdıqlarını bildirib. Güman edildiyinə görə, hər kosmik aparatın içində 2 pilot və 6 sərnişin olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR