Bank Of Baku

Konqresmen Daana Rorbaker: “Qərbdən Rusiyaya soxulan fırıldaqçılar və quzğunlar rus xalqını taladılar və onu təbii sərvətlərindən məhrum etdilər”

Konqresmen Daana Rorbaker: “Qərbdən Rusiyaya soxulan fırıldaqçılar və quzğunlar rus xalqını taladılar və onu təbii sərvətlərindən məhrum etdilər”
# 13 iyun 2008 10:03 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdə palatanın insan hüquqları və beynəlxalq təşkilatlar üzrə alt komitəsinin sədr müavini, respublikaçı konqresmen Daana Rorbaker deyib. Ronald Reyqanın prezidentliyi dövründə onun spiçrayteri (rəsmi nitqləri yazan şəxs) olmuş D. Rorbaker bildirib ki, Rusiya Sovet İttifaqı deyil: “Mən “soyuq müharibə” illərində Sovet İttifaqının ən böyük kabuslarından biri idim. Əfqanıstanda sovet qoşunlarına qarşı hərbi aksiyalarda iştirak etmişəm, yeddi il ərzində Ronald Reyqanın spiçrayteri kimi çalışmışam və onun ən sərt antisovet məzmunlu çıxışlarını qələmə almışam. Amma bilməliyik ki, Sovet İttifaqı artıq yoxdur və onun yerinə Rusiya var”. Konqresmen bildirib ki, ABŞ-ın kommunizmin çökməsindən sonra yeritdiyi siyasət Rusiyanı maddi qazanc əldə etmək məqsədilə İranla nüvə sahəsində əməkdaşlığa getmək məcburiyyəti qarşısında qoyub: “O vaxt biz və Avropa Birliyi öz bazarlarımızı açmayaraq Rusiyanı uçurumun kənarına itələdik. Məhz həmin dövrdə Rusiya İranla sövdələşməyə girdi. Mən deyirdim ki, gəlin Rusiyaya Türkiyədə, hətta Malayziyada Atom Elektrik Stansiyası inşa etmək kimi alternativlər təklif edək. Amma bunun əvəzində həm Klinton, həm də Buş administrasiyası qamçıdan istifadə etməyə üstünlük verdilər. Biz iqtisadi baxımdan çətin vəziyyətdə olan ölkəyə alternativ imkanlar yaratmaq yerinə onu cəzalandırdıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR