Bank Of Baku

Amerikalılar da qiymətlərin qalxmasından narazıdırlar - FOTOREPORTAJ

Amerikalılar da qiymətlərin qalxmasından narazıdırlar - <font color=red>FOTOREPORTAJ</font>
# 13 iyun 2008 11:35 (UTC +04:00)
APA-nın ABŞ bürosunun əməkdaşı bu bir cümləlik xəbərin adi amerikalının həyatında hansı dəyişikliklərə səbəb olduğunu müəyyən etmək üçün Kaliforniya ştatındakı yanacaqdoldurma məntəqələrindən birində yerli sakinlərlə söhbət edib. Kaliforniya ştatının paytaxtı Sakramento ilə San-Fransiskonu birləşdirən yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi Əsgər Xalidi üçün əmtəə birjasında qiymət artımı barədə xəbər pərakəndə satış qiymətinin də artırılması istiqamətində siqnaldır. Dünən (iyunun 11-də) o, benzinin qiymətini daha 5 sent artıraraq bir qalon (3,78 litr) üçün 4 dollar 49 sentə çatdırıb. Bir gün sonra qiymətlər yenə yüksələcək. ABŞ-ın AAA şirkətinin bu gün üçün dərc etdiyi məlumata əsasən, ölkə üzrə bir qalon benzinin orta qiyməti 4 dollar 5 sent, Kaliforniya üzrə isə 4 dollar 49 sent səviyyəsində müəyyən edilib. Kaliforniya Nyu-York və İllinoysla birlikdə benzinin ən baha satıldığı ştatdır. Cənubi Azərbaycandan olan Ə. Xalidi deyir ki, indiyədək Amerika iqtisadiyyatında belə ağır vəziyyətin şahidi olmayıb. 1993-cü ildə yanacaqdoldurma məntəqəsinin açılış günündə o, bir qalon benzini 76 sentə satıb. Lakin 1993-cü ildə 1 ABŞ dolları 2 Kanada dollarına bərabər olduğu halda, bu gün 1 dollar 97 Kanada senti dəyərindədir. Yanacağın qiymətinin artması amerikalıları narahat edən yeganə problem deyil. Paralel olaraq dolların alıcılıq qabiliyyəti də enir. Bir müddət əvvəl A. Xalidinin dostları Hindistanda olarkən yerli əhali onlardan dollar götürməkdən imtina edib.
Məşhur “Gellap”ın apardığı sorğuya əsasən, amerikalıların 86 faizi hesab edir ki, ölkə iqtisadiyyatı səhv istiqamətdə inkişaf edir. Hətta ildə 100 min dollara yaxın gəliri olan orta səviyyəli amerikalıların 83%-i ölkə iqtisadiyyatında baş verən proseslərdən narazıdır. Yerli sakinlər onları narahat edən tendensiyalar arasında kreditlə götürülmüş evlərə görə bankların tələb etdiyi faizləri artırılmasını, işsizliyin səviyyəsinin yüksəlməsini və benzinin qiymətinin artmasını ilk “üçlük”də qeyd ediblər. Yeri gəlmişkən, hazırda Amerikada işsizliyin səviyyəsi 5,5 faiz səviyyəsindədir və bu, son 22 ildə qeydə alınan ən yüksək indeksdir. Bəs bütün bu acı reallıqlar adı amerikalının həyatını necə dəyişib və onlar yeni vəziyyətə uyğunlaşmaq üçün hansı addımlar atırlar? Cavablar kifayət qədər fərqlidir.
Tikinti şirkətində işləyən Salvatore Oçova öz yük avtomobilini sataraq daha az benzin işlədən kiçik və köhnə “Honda Civic” alıb. O bildirir ki, əvvəlki maşını ilə 400 mil (643 kilometr) məsafə qət etmək üçün yanacağa 180 dollar pul xərcləyirdi. İndiki avtomobil isə onu 120 dollar irəli salıb və eyni məsafəyə görə 60 dollarlıq benzin işlədir. S. Oçova benzinə qənaət etmək üçün yaşadığı Frenso şəhərindən köçərək çalışdığı şirkətin yaxınlığında ev də kirayələyib.
Los-Ancelesin yaxınlığındakı Lonq Biç şəhərində təhsil alan Şon Sloçum isə San Fransiskoda yaşayan valideynlərinə tez-tez baş çəkə bilmir. Həftədə bir dəfə 650 kilometr uzaqlıqda yerləşən San Fransiskoya getmək üçün 200 dollar xərcləmək onun üçün ağır yükdür. Halbuki son illərə qədər həftəlik səfərlər üçün bu qədər vəsait sərf etmək lazım gəlmirdi.
Beş uşaq atası olan qara dərili Kris Stronq isə elektrik stansiyasında işləyir. O, nəqliyyat xərclərinin ailəsinin ən böyük baş ağrısı olduğunu söyləyir. Cənab Stronq işi ilə bağlı benzinə xeyli pul xərclədiyindən körpələrinə aldığı uşaq bezlərinin sayını azaltmağa məcbur olub: “Benzinin qiymətinin artımı hər şeyə təsir edir. Çörək, ət, süd və digər gündəlik tələbat mallarının qiyməti də getdikcə yüksəlir. İndi biz evdən çıxarkən istədiyimiz ünvana daha qısa yolla necə çatmaq barədə düşünürük, bunun üçün xüsusi plan cızırıq. Həftə sonu dincəlmək üçünsə, əvvəllər olduğu kimi, evi tərk etmirik”.
Amerikalıların qənaət rejiminə keçdiyini Əsgər Xalidi də təsdiqləyir. Məsələn, onun yanacaqdoldurma məntəqəsi əvvəlki dövrlərlə müqayisədə orta hesabla 1000 qalon az benzin satır. “The Wall Street Bank”ın “qara qızıl”ın qiymətinin iyul ayında 150 dollara çatacağı barədə proqnozunu nəzərə alan sahibkar satış dinamikasının daha da azalacağını düşünürlər.














Asgar Xalidi


Chris Strong


Salvador Ochova


Sean Slocum
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR