Bank Of Baku

BMT-nin baş katibi: “Dünyada 16 milyondan çox qaçqın var”

BMT-nin baş katibi: “Dünyada 16 milyondan çox qaçqın var”
# 19 iyun 2008 10:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Ki Mun 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, 1951-ci ildən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilib. Əhalinin qarşılıqlı faktlar əsasında baş verən axını və insanların tez-tez yerdəyişmələrinə olan maneələrin aradan qalxması məcburi köçkünlərin müdafiəsini getdikcə çətinləşdirir. Baş katib müraciətində ötən il dünyada qaçqınların sayının 16 milyondan çox olduğunu vurğulayıb: “Mən beynəlxalq icmanı məcburi köçkünlüyün səbəblərini və nəticələrini aradan qaldırmaq üçün səylərini daha da artırmağa çağırıram. Bizim məqsədimiz qaçqınların öz evlərinə qayıtmasını təmin etməkdir. Gəlin, bütün qaçqınların sığınacaq hüququnu təmin edək, onların tam müdafiəsini təmin etmək üçün əlimizdən gələni əsirgəməyək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR