Bank Of Baku

ABŞ prezidenti Amerika şelfində neft hasilatını qadağan edən moratoriumun ləğvini təklif edib

ABŞ prezidenti Amerika şelfində neft hasilatını qadağan edən moratoriumun ləğvini təklif edib
# 19 iyun 2008 10:10 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Corc Buş Konqresi 1981-ci il federal moratoriumunu ləğv etməyə çağırıb. APA-ın “France Presse” agentliyinə istinadən yaydığı məlumata görə, 1981-ci il moratoriumu Atlantik və Sakit okean şelfində, eləcə də Meksika körfəzinin bir hissəsində neft və qaz hasilatını qadağan edir. Prezidentin fikrincə, moratorium köhnəlib və artıq səmərəli deyil. Buşun bildirdiyinə görə, şelfdə 18 milyard barel neft ehtiyatı var və bu, ABŞ-a özünü yanacaqla qismən təmin edərək xarici təchizatçılardan asılılığını azaltmaq imkanı verəcək. Respublikaçılar Partiyasının prezidentliyə namizədi Con Makkeyn də hazırkı dövlət başçısının fikri ilə razıdır. Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obama isə moratoriumun ləğvinin əleyhinə çıxıb. Onun fikrincə, şelfi işlətmək üçün müəyyən hazırlıq dövrü lazımdır, buna görə də bu ideya yaxın illərdə effekt verməyəcək. Demokratların mövqeyini ekoloqlar da dəstəkləyirlər. Onların fikrincə, şelfdə neft hasilatına başlanması ətraf mühitin çirklənməsinə gətirib çıxaracaq. Qeyd edək ki, Amerika şelfində neft çıxarılması təbii sərvətlərin gələcək nəsillər üçün qorunub saxlanması siyasəti çərçivəsində qadağan edilib. Dünyada neftin qiymətlərinin artması isə Birləşmiş Ştatlarda bu moratoriumdan imtina barədə diskussiyalara səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR