Bank Of Baku

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib
# 20 iyun 2008 08:52 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, komitə üzvlərindən ermənilərin kompakt yaşadığı Nyu-Cersi ştatından olan senator Robert Menendez namizəd Yovanoviçə 1915-ci ildə baş verənlər hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı sual ünvanlayıb. Xanım diplomat bu suala mənfi cavab verib: “Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar”. Qeyd edək ki, ermənipərəst Robert Menendez bundan əvvəl Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyini irəli sürdüyü Riçard Xoqlandın təyinatına veto qoyub. Bu səbəbdən iki ilə yaxındır ki, ABŞ-ın Ermənistanda səfiri yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR