Jirinovski: “Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq"

Jirinovski: “Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq"
# 29 iyun 2016 12:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq".

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir".

V. Jirinovskinin fikrincə, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR