“Türkiyənin NATO-ya olan bağlılığının davam etməsi hər birimizin xeyrinədir”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Türkiyə uzun keçmişimiz olan və dəyər verdiyimiz bir müttəfiqimizdir. Türkiyənin NATO-ya olan bağlılığının davam etməsi hər birimizin xeyrinədir”, - deyə ABŞ Dövlət katibi vurğulayıb.