Paşha Bank
Bank Of Baku

Azərbaycanda neft-qaz sektoruna gələn il 8 mlrd. manata yaxın investisiya yönəldiləcək

Azərbaycanda neft-qaz sektoruna gələn il 8 mlrd. manata yaxın investisiya yönəldiləcək
# 14 noyabr 2026 13:52 (UTC +04:00)

Gələn il Azərbaycanda neft-qaz sektoruna yönəldiləcək investisiyaların həcminin 7 milyard 933 milyon manat olacağı proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu proqnoz Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənədə əsasən, sektora investisiyaların həcminin 2028-ci ildə 8 milyard 331,2 milyon manata çatacağı, 2029-cu ildə 8 milyard 213,3 milyon manat, 2030-cu ildə isə 7 milyard 503,2 milyon manat təşkil edəcəyi gözlənilir.

Beləliklə, 2028-ci ildə neft-qaz sektoruna investisiyaların həcminin proqnoz dövrünün ən yüksək səviyyəsinə çatacağı, sonrakı illərdə isə azalacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR