Bank Of Baku

MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
# 14 noyabr 2026 11:00 (UTC +04:00)

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub".

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR